Putinin bəyanatından sonra ABŞ TƏŞVİŞƏ DÜŞDÜ – “Bu, sondur, hər şey bitdi”

0
72

Bu, sondur, hər şey bitdi

“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki avantürasından sonra Amerika Birləşmiş Ştatları və Kiyevlə danışıqlar aparmayacaq”.

Bunu Pentaqonun rəhbərinin istefada olan müşaviri, polkovnik Duqlas Makqreqor “Deep Dive” “YouTube” kanalında deyib.

O bildirib ki, Ukrayna münaqişəsi Moskvaya uyğun şərtlərlə başa çatacaq.

“Vaşinqtonda anlamaq istəmədikləri əsas xəbər odur ki, Rusiyanın artıq bizimlə danışıqlar aparmaq istəyi yoxdur. Bu, sondur, hər şey bitdi”, – ekspert bildirib.

Makqreqorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərbdə rasional danışıq apara biləcəyi adamların olmadığını başa düşüb.

Bundan əvvəl Rusiya rəhbəri Kursk vilayətindəki vəziyyətlə bağlı görüş zamanı bildirib ki, Kiyevin dinc əhaliyə hücumu ilə bağlı danışılası heç nə yoxdur. Bundan əlavə, Putinin sözlərinə görə, Ukrayna Qərbin göstərişi ilə gələcəkdə danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışır.