Gürcüstanı Rusiyaya təhvil vermiş krala abidə ucaldılır: Tbilisidə nə baş verir?

0
50

Gürcüstan hökuməti ölkənin Rusiya protektoratlığına keçməsi haqqında Müqəddəs Georgi müqaviləsini bağlamış Kartli-Kaxetiya krallığının kralı II İrakli Baqrationa Tbilisidə yeni abidə ucaltmaq qərarına gəlib.

“Azadlıq” radiosunun məlumatına görə, bu, Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən irəli sürülüb.

“Bizim borcumuz Gürcüstan tarixinə və dini və milli kimliyimizi qoruyub saxlayan bütün şərəfli qəhrəmanlara ehtiram bəsləməkdir” deyən baş nazir hökumətin iclasında II İraklinin “milli qəhrəman olduğunu” qeyd edib.

Qərbyönlü siyasi qüvvələr hökumətin təşəbbüsünü tənqid edib. Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı hakim “Gürcü Arzusu” partiyasını “ölkəni Rusiyaya təslim etmək” cəhdində ittiham edib və parlament seçkilərinə iki ay qalmış təşəbbüsün “təsadüfi olmadığına” işarə edib.

1783-cü ildə Georgiyevsk müqaviləsi bağlanıb. O, Kartli-Kaxeti krallığını (Şərqi Gürcüstan) Rusiyanın protektoratına çevirib. Həmin müqavilə ilə krallıq daxili işlərdə formal müstəqilliyini saxladı, lakin müstəqil xarici siyasətdən qismən imtina etdi. Gürcüstan 17 ildən sonra Rusiya imperiyasının tərkibinə daxil oldu.

Müasir Gürcüstanda II İraklinin rolu birmənalı qiymətləndirilmir. Bəzi tarixçilər və siyasətçilər hesab edirlər ki, onun bağladığı Georgiyevsk müqaviləsi Gürcüstan dövlətçiliyinin ləğvi üçün ilkin şərt olub.

Bu, Gürcüstanda II İraklinin ikinci abidəsi olacaq. Birincisi Sovet dövründə çarın məmləkəti Telavidə ucaldılıb.