Putin Əliyevin məsləhətinə əməl etdi

0
77

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin məsləhətinə əməl edərək Xəzərin problemlərini öz üzərinə götürüb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün mümkün qədər tez prosesə qoşulmağı tapşırıb.

“Bu yaxınlarda Azərbaycanda idim və həmkarımız, Azərbaycan Prezidenti diqqəti Xəzərin getdikcə dayazlaşmasına yönəltdi. O, Həştərxan vilayəti ilə qarşılıqlı əlaqələrdən çox səmimi danışdı. Sizdən bir xahişim var: əlbəttə ki, bunu hökumətə həvalə edəcəyəm, lakin siz Xəzər dənizinə kömək məqsədilə yaxın gələcəkdə hansı işlərin görülməli olduğunu başa düşmək üçün Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlilinin aparılması sorğusu ilə müvafiq müraciət hazırlayıb mənə göndərərsiniz”, – Putin qubernatora bildirib.

Qubernator cavab olaraq elmi ictimaiyyəti və praktikləri bu işə cəlb edəcəyini və müvafiq hesabat hazırlayacağını vəd edib.