Şaman kürəkən və şahzadə hiddətə səbəb oldu: Kral ailəsində qayınana-gəlin qalmaqalı

0
78

Ölkəsinin kral ailəsinin yüksək rütbəli üzvü vəzifəsini tərk edən və şaman Durek Verretlə evlənəcək Norveç şahzadəsi Marta Louise qalmaqala səbəb olub. Səbəb budur ki, cütlük toylarına “Hello” jurnalına eksklüziv yayım icazəsi verib, bu isə norveçliləri narazı salıb.

Kral ailəsinin sözçüsü deyib ki, bu, digər media orqanlarının tədbirə qatılmasına icazə verməmək deməkdir.

Xatırladaq ki, Norveç şahzadəsi Marta Louise və onun nişanlısı Durek Verrett evlənməyə hazırlaşırlar və onlar qonaqlarına unudulmaz gecə yaşatmaq istəyirlər.

Avqustun 31-i şənbə günü baş tutacaq toyda digər xarici kral ailələri ilə yanaşı, yaxın dostları və ailə üzvlərinin də iştirak edəcəyi gözlənilir.

Şahzadə şaman Durek ilə 2019-cu ildə tanış olub. Ancaq cütlük keçmiş həyatlarında, xüsusən də Qədim Misir dövründən bir-birlərini tanıdıqlarını iddia edirlər.

“Hello”nun qeydinə görə, onlar Norveçin qərbindəki Geiranger Fjord sahillərində toy edəcəklər. Bu mənzərəli ərazi öz təbii gözəlliyi ilə tanınır və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Marta daha əvvəl sosial mediasında yazıb: “Biz Geirangerin gözəl mühitində sevgimizi qeyd edə bildiyimiz üçün inanılmaz dərəcədə xoşbəxtik. Bu qədər zəngin tarixə malik, təbiəti ilə zəngin bir məkanda sevdiklərimizi bir araya toplamaq bizim üçün çox vacibdir. Geiranger sevgimizi ifadə etmək üçün mükəmməl yerdir.”

Mərasim spa, qapalı və açıq hovuzlar, gecə klubu və köhnə avtomobil muzeyi olan dördulduzlu Union Hoteldə keçiriləcək.

Onların toydan əvvəl şənlikləri mehriban bir gecə ilə başlayacaq.

Qeyd edək ki, otel 1904-cü ildə baş vermiş və bütün şəhər mərkəzini məhv edən böyük Alesund yanğınının şərəfinə adlandırılıb. Bu otel Norveç kral ailəsinin sevimli məkanıdır. Daha əvvəl buranı Norveçin vəliəhd şahzadəsi Haakon da ziyarət etmişdi.

Şahzadə Marta və Şaman Durek həmçinin “Union Hotel”də salsa rəqsi ilə tamamlanan məclis təşkil edəcəklər. Cütlük daha sonra yeddi gəlinin və yeddi bəyin qatılacağı toy mərasimi keçirəcək.

Mərasimdə onun valideynləri Kral Harald və Kraliça Sonja, həmçinin qardaşı vəliəhd Şahzadə Haakon və həyat yoldaşı vəliəhd şahzadə Mette-Maritin iştirakı gözlənilir.

Şahzadə Marta Louise boşandıqdan və 2019-cu ildə intihar edən ilk əri Ari Beni itirdikdən sonra Durek ilə münasibətə girib.

Ancaq nişanlısının ziddiyyətli fikirləri səbəbindən kral vəzifələrindən istefa verməyə məcbur oldu.

Bütün ictimaiyyətin nəzərləri kral toyu ilə eyni vaxtda qalmaqalın yaşandığı Norveç kral ailəsinə yönəlib. Lakin şahzadə Marta Luise, gələcək qayınanasına xitam məktubu göndərmək üçün titulundan istifadə edərkən “od üstünə benzin tökmək” qərarına gəlib.

Məsələ burasındadır ki, Durekin anası Verette Veruschka Urquhart məşhur “Se og Hør” jurnalına müsahibəsində oğlunu “təhlükəli” adlandıraraq, onun şahzadənin “beynini yuduğunu” və ailələrinin onun düşündüyü qədər zəngin olmadığını iddia edib.

Şahzadə Luisanın məktubunda deyilir: “Sizdən Şaman Durek haqqında böhtan, aşağılama, yalan və təxribat xarakterli bəyanatlardan çəkinməyinizi xahiş edirik. Bu əmri tam və sədaqətlə yerinə yetirməsəniz və iddialarınızı təkzib etməməyi seçsəniz, Şaman Durek sizə qarşı qanun çərçivəsində mümkün olan maksimum dərəcədə mülki müdafiə vasitələrini, o cümlədən milyonlarla dollar zərərin ödənilməsini təmin edəcək. Sadəcə olaraq, şaman Durek sizi məhkəməyə verəcək”.

“Ehtiyat şahzadə”nin belə bir hərəkətindən sonra Norveç ictimaiyyəti Martanın titulundan məhrum edilməsini tələb edir. Norveçin onlayn qəzeti “Nettavisen”in kral eksperti Tove Taalesen bu fikri təkrarlayaraq qeyd edib: “Məncə, Kral Harald və vəliəhd Haakon, gələcəkdə bu şəkildə hərəkət edəcəklərsə, şahzadə və Durekdən uzaq durmalıdırlar.”

Qaynana ilə gəlin arasında qalmaqal vəliəhd şahzadə Mette-Maritin böyük oğlu Marius Borq Heibinin 30 saatdan çox həbsdə qalmasından və “təsir altında olarkən sevgilisinə hücum etdiyi hadisədən sonra günahını etiraf etməsindən” sonra baş verib.”

Qeyd edək ki, Mariusun şahzadə Marta ilə şaman Durekin toyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.