Rusiya Azərbaycanın BRICS-ə qoşulmaq istəyinə CAVAB VERDİ

0
45

“Rusiya Azərbaycanın BRICS-ə qoşulmaq qərarını alqışlayır”.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Lenta.ru-ya müsahibəsində deyib.

O, Bakının quruma üzv olmaq üçün müraciətinə cavab verib.

“Biz dostumuz Azərbaycanın BRICS-in işində tamhüquqlu üzv kimi iştirak etmək istəyini alqışlayırıq.

Bunun baş verməsini dəstəkləməyə davam edəcəyik, lakin yeni BRICS üzvlərinin qəbulu üçün aydın mexanizm hələ hazırlanmayıb.

Amma düşünürəm ki, bu, yaxın illərdə həyata keçiriləcək”, – komitə sədri bildirib.