Bu ölkənin Avropadakı səfirlikləri təhlükədədir: terror xəbərdarlığı edildi

0
29

Avropanın iki ən böyük paytaxtındakı Serbiyanın səfirlikləri son 24 saat ərzində terror aktları ilə bağlı hədələr alıb. Buna görə də diplomatik missiyalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bunu Serbiyanın xarici işlər naziri Marko Curiç deyib.

“Avropanın digər təhlükəsizlik agentlikləri ilə əməkdaşlıq edərək, biz bu təhlükələrin qarşısını almaq və aradan qaldırmaq üçün çalışırıq. Lakin mən bunu qeyd edirəm, çünki Priştinadan olan kimsə illərdir sistematik şəkildə serblərə hücumun məqbul olduğu bir mühit yaratmaq üçün çalışır”, – nazirə bildirib.

Curiçin sözlərinə görə, Serbiyanın diplomatik nümayəndəliklərinə qarşı təhdidlər Kosovo albanlarından gəlir. Nazir kəşfiyyat xidmətləri ilə məsləhətləşmələrə ehtiyac olduğunu əsas gətirərək təfərrüatı açıqlamayıb. O əlavə edib ki, hücumla hədələyənlərdən birinin şəxsiyyəti müəyyən edilib.