ABŞ dünyanı qorxudacaq xəbəri çatdırdı: İran ilin sonuna qədər…

0
31

İran bu ilin sonuna kimi özünü nüvə dövləti elan edə bilər.

Bu sözləri ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner “CBS News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın ilin sonuna qədər nüvə silahının olması ilə bağlı bəyanat verə bilməsi ehtimalı var.

Konqresmen həmçinin bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarının uzun illərdir ki, qarşısını almağa çalışdığı ciddi eskalasiyaya səbəb ola bilər.

Bundan əvvəl İran parlamentinin 12-ci çağırış deputatı Əhməd Ərdəstani Tehranın artıq nüvə silahı əldə etdiyini irəli sürmüşdü.