Qərb jurnalistləri Sucadan reportaj yaydılar: Rusiyanı ələ keçirəcəyik

0
74

Amerikanın “The Washington Post” nəşrinin jurnalistləri Ukrayna hərbçilərinin müşayiəti ilə Kursk vilayətinin Suca şəhərinə gəliblər.

Nəşrin saytında şəhərin həyatı ilə bağlı reportaj dərc olunub .

Qeyd olunur ki, jurnalistlər O’Qreydi, Buryanova və fotoqraf Ed Rahm Ukrayna Silahlı Qüvvələrinə nəzarətin həcmini sənədləşdirmək və orada qalan Rusiya vətəndaşlarının hansı şəraitdə yaşadığını görmək üçün Ukraynanın nəzarətində olan ərazilərə səfər ediblər. Nəşrin məlumatına görə, jurnalistlər Sucada onlarla mülki şəxsdən müsahibə alıblar.

Qeyd olunub ki, Ukrayna qoşunlarının ərazidə əməliyyat aparmasına baxsaq, Kiyev hücumunun məqsədini daha çox Rusiyaya təzyiq göstərmək üçün danışıqlar taktikası kimi görür. Bunu Ukrayna Silahlı Qüvvələrinin sorğuda iştirak edən hərbçiləri də təsdiqləyiblər.

İtaliyanın RAI televiziya kanalı avqustun 14-də Sucada olan müxbirləri Stefani Battistini və Simoni Traininin videoreportajını dərc edib. Jurnalistlər Ukrayna hərbçiləri ilə birlikdə şəhərdə olublar. Eyni zamanda, avqustun 16-da CNN telekanalı Nik Peyton Uolşun Sucadakı sərhəd keçid məntəqəsindən, sonra isə şəhərin özündən reportajını təqdim edib.

Rusiya hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əcnəbilərin xəbərlərini şərh edərək, İtaliya müxbirlərinin faktları yenidən yazdığını bildirib . Onun sözlərinə görə, onlar qaranı ağ, ağı isə qara adlandırıblar.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Kursk vilayətində keçirilən əməliyyatın məqsədini açıqlayıb:

“Biz burada döyüşüb onların ərazisini ələ keçirə bilərik. Və sonra danışıqlar başlayacaq və biz onların torpaqlarının bir hissəsini öz torpaqlarımızla dəyişdirəcəyik”.

Ukrayna Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları da öz növbəsində bəyan ediblər ki, Kursk vilayətinə hücum Rusiya ordusunun komandanlığını bölmələri Xarkov və Donetsk istiqamətlərindən geri çəkməyə təhrik etmək idi.