Ukrayna Kurskda körpünü HIMARS-la vurdu, bəzi kəndlərlə əlaqə kəsildi

0
59

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Seym çayı üzərindəki daha bir körpüyə hücum edib.

Bu barədə mənbələrinə istinadən “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, söhbət Qluşkovski rayonunun Zvannoye kəndində yerləşən körpüdən gedir. Körpü bir neçə dəfə atəşə tutulub.

Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən müşavir Roman Alekhin bildirib ki, ukraynalı hərbçilər körpüyə Amerika istehsalı olan bir neçə HIMARS raketi atıblar. Bununla da körpü dağılıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bununla da Qluşkovski rayonunun Seym çayı boyunca bir hissəsinin ələ keçirilməsi planını həyata keçirmək üçün hərəkətə keçiblər.

O əlavə edib ki, hazırda Qluşkovski rayonunun bəzi kəndləri ilə əlaqə kəsilib.

Daha əvvəl Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra mindən çox insanın itkin düşdüyü açıqlanıb.