ABŞ aciz vəziyyətdə: 12 ildir əsirlikdə olan jurnalisti qaytara bilmir

0
78

ABŞ Dövlət Departamenti Suriya hakimiyyətini amerikalı jurnalist Austin Bennett Taysın “əsirliyinə son qoymaq”, həmçinin Suriyada itkin düşən digər amerikalıların taleyi ilə maraqlanmaq üçün Birləşmiş Ştatlar ilə əməkdaşlığa çağırıb.

ABŞ dövlət katibi Antoni Blinkenin bununla bağlı bəyanatı Dövlət Departamentinin, ABŞ prezidenti Co Baydenin bəyanatı isə Ağ Evin saytında dərc olunub.

“Amerikalı jurnalist Austin Bennett Taysın Suriyada qaçırılmasından 12 il keçir. Onun ömrünün dörddə birindən çoxu əlindən alınaraq naməlum şəraitdə saxlanılır. Biz, onu Suriya hökumətinin həbs etdiyini bilirik. Austin orada baş verənlərlə bağlı həqiqəti dünyaya göstərmək üçün Suriyaya getdi. Onun ədalətsiz həbsinə son qoymağın bir yolunu tapana qədər sakit durmayacağıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də Austin Bennett Taysın dərhal azad edilməsinə çağırıb: “Biz dəfələrlə Suriya hökumətinə bizimlə əməkdaşlıq etməsi üçün təzyiq etmişik ki, nəhayət, Austini vətənə qaytara bilək. Bu gün yenidən onun dərhal azad edilməsinə çağırıram”.

Dövlət Departamenti qeyd edib ki, son üç il yarım ərzində ABŞ hökuməti bütün dünyada girov saxlanılan onlarla amerikalının azad edilməsini təmin edib və ABŞ Austin Bennett Taysın da geri qayıtarılması üçün bütün yolları sınayacaq.