Ermənistan Rusiyaya yeni səfir göndərdi

0
38

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” partiyasından olan keçmiş deputatı Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.

Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

“Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq, Baş nazirin təklifini əsas götürərək, Qurgen Arsenyanın Ermənistan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sərəncamda deyilir.

Bir gün əvvəl onun deputat səlahiyyətlərinə xitam verildiyi məlum olmuşdu.

Bu vəzifədə o, 2022-ci ilin yanvarından işləmiş Vaqarşak Arutyunyanı əvəz edəcək.