Rusiya daha bir Avropa konvensiyasından çıxdı

0
60

Rusiya Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına xitam verib.

Bu barədə məlumat rəsmi mənbələrdə yerləşdirilib.

“2024-cü il avqustun 1-də Rusiya Federasiyası adından 1996-cı il fevralın 28-də Strasburqda imzalanmış Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası Rusiya Federasiyası ilə konvensiyanın digər iştirakçıları arasında münasibətlərə xitam verilib”, – sənəddə deyilir.

Bundan əvvəl Ukrayna hakimiyyəti ölkənin qərbində, Zakarpat bölgəsində və qismən də digər bölgələrdə məskunlaşan macar milli azlığının hüquqlarının müdafiəsi ilə bağlı Macarıstanın 11 tələbini yerinə yetirməyə hazır olduqlarını açıqlamışdı.