Dünya qovrulur: Aİ qorxulu statistikanı açıqladı

0
64

2024-cü ilin ikinci yarısından etibarən dünyanın bir çox yerlərində havanın temperaturu normadan yüksəkdir.

Bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti açıqlama verib.

Bildirilir ki, keçən ay ölçülən səth havasının orta temperaturu 1991-2020-ci illər dövrü üçün orta iyul ayı göstəricisindən 0,68 dərəcə yüksək olub.

Keçən ay havanın temperaturu orta hesabla 16,91 dərəcə selsi olmaqla, dünyada indiyə qədər qeydə alınan ikinci ən yüksək ölçüdür.

Dünyada temperatur əsasən ABŞ-ın qərbində, Kanadada, Afrikanın əksər hissəsində, Yaxın Şərq və Antarktidanın şərqində orta səviyyədən yüksək olub.