Abşeronda Abidin Fərzəliyevin “Kriminal avteritet”i Nurlan Həsənov kimdir? – İcra başçısının “Qoçu başı”sı kimlərdən nə qədər rüşvət istəyir?

0
199

Bəzən mediada hansısa rayon rəhbərliyi haqqında tənqidi fikirlər səslənəndə və ya “bu rayon batır” başlığı altında araşdırmalar dərc olunanda, bəzi vətəndaşlarımız şişirdilmiş materyalardır deyə bizi qınayırlar. Materyalardakı iddia edilən faktlar tam çılpaqlığı ilə ortaya çıxdığı zaman bəlkə bu qınaqlarında ünvanı dəyişəcək. Bu gün söhbət açacağımız mövzu Cənab Prezidentin etimadını doğrultmayan və yüksək rütbə daşıyan, qoçuları vasitəsi ilə milyonların sahibi olan bir icra başçısından və onun qanunsuz əməllərindən bəhs edir.

ABİDİN FƏRZƏLİYEV – Bu ad bizə Bakı şəhər Nərimanov rayonundan tanışdı. Vaxtıykən rayonun mərkəzi parklarını, vətəndaşların sıx gediş-gəliş yerlərini və hətta metro ətraflarını satışa çıxaran milyonçu məmur indi Abşeron rayonunda səlahiyyət və varidat sahibidir. Bu məmurun maraqlı siyasi gedişləri var. Üzdə özünü dövlətə sevgi, kasıbların və ya şəhid ailələrinin yaxını kimi gündəmə gətirən İcra başçısı əslində tamam yad xüsusiyyətlərə malikdir. Hazırda Abşeron icra başçısı olan A.Fərzəliyevin qoçularına başçılıq edən başçının “qara kassa”sı kimi tanınan Nurlan Həsənovdur. İcra başçısı bütün istəklərini – böyük korrupsiya əməllərini məhs “qoçu başı” Nurlan Həsənovun əli ilə gerçəkləşdirir. Abşeron rayon İcra Hakimiyyətində adi məsləhətçinin tikintilərə nəzarət etməsi, sahibkarlardan rüşvət alması, park və istirahət məkanlarında uşaqlar üçün qurulmuş müvəqqəti əyləncələrdən haqq toplaması, Xırdalanda yerləşən Heydər Əliyev parkını qarış-qarış satması, bununla yanaşı Masazır və bu kimi qəsəbələrdə yüksək mərtəbəli binaların tikintisinə qanunsuz icazələrin verilməsinə səbəbkar olmuş şəxsin əsil kimliyini bizdə çox araşdırdıq. Məlum oldu ki, Nurlan Həsənov əslində məsləhətçi yox, Abşeron icra başçısı Abidin Fərzəliyevin rayonda pul yığanıdır. Gah məsləhətçi, gah kriminal avtoritet, gah da idmançı kimi qələmə verilən şəxsin əsil kimliyini Abşeronun sadə vətəndaşları daha yaxşı bilir. Çünki sahibi olduğu torpaqda ev tikmək istəyən vətəndaşlara hücum çəkən qoçu dəstənin etirazçılara bir cavabı var: “Nurlan müəllim desin evinizi tikin”. Burda maraqlı məqam başqadır – Bununla bağlı şikayət edən və icra başçısına üz tutan vətəndaşlara Abidin müəllimin qəbulu qapalı olur. Maraqlıdır Abidin Fərzəliyev Prezidentin səlahiyyətli nümayəndəsidir yoxsa “QOÇU BAŞI” NURLAN HƏSƏNOVUN HİMAYƏDARI?

Biz Bakunews.az olaraq kimin kim olduğunu araşdırmırıq. Bizi düşündürən narazı vətəndaşların şikayətləridir. Abşeron rayon İcra Hakimiyyətində tapılmayan amma insanları qoçu dəstəsi ilə hədələyən qanuni torpaqında ev tikmək istəyən vətəndaşlardan haqq tələb edən Nurlan Həsənovun qəbuluna düşmək üçün ən azı Abidin müəllimin sahibi olduğu Altun saray şadlıq evində qəbula yazılmalısınız. Qəribə deyilmi?

Dövlət iki şeydən sarsıla bilər: “günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” deyən Ulu Öndərin bu dahi fikirlərinə əsaslanaraq yazmaq istərdik ki, Abşeronda cinayətkar qruplaşması və onun başçısı Nurlan Həsənov cəzalandırılmadıqca bu rayonda insanların etirazı səngiməyəcək. Və bir rayonu “kriminal avtoritet”ə tapşıran Abidin Fərzəliyevin özbaşınalığına son verməyin zamanı çatıb.