Bunlara son qoyulmasa, Yeri FƏLAKƏT GÖZLƏYİR: Alimlər XƏBƏRDARLIQ ETDİ

0
62

Yer kürəsində artan temperatur bütün planetdə ciddi iqlim dəyişikliklərinə səbəb olacaq.

Bu barədə beynəlxalq alimlər qrupunun “Nature Communications” jurnalında dərc olunan araşdırmasında qeyd olunur.

Onların fikrincə, mövcud isti iqlim meylləri davam edərsə, bu əsrdə baş verən “dönüş nöqtəsi” riski 45% təşkil edəcək. Məqalədə deyilir ki, 1,5 °C həddini keçdikdən sonra temperaturun hər 0,1 °C artması üçün risk də artacaq.

Bunun baş verməsinin qarşısını almaq üçün 2100-cü ilə qədər istixana qazı emissiyalarını xalis sıfıra çatdırmalı və o vəziyətdə də saxlamalıyıq. Alimlərin fikrincə, cari onillikdə onların ciddi şəkildə azaldılması qlobal təhlükəsizlik üçün çox vacibdir.

“Qlobal istiləşmə indi 100-200 il əvvəlkindən daha sürətlə baş verir, ona görə də biz yarım əsrdən sonra bu prosesin mənfi nəticələrini yaşayacağıq”, – deyə rusiyalı klimatoloq Olqa Lakustova bildirib. Onun sözlərinə görə, təbii fəlakətlər Rusiyaya da təsir edəcək. İndi də ölkənin mərkəzi rayonları artıq bir neçə həftəlik anomal istilərdən əziyyət çəkir, may ayında isə ruslar anomal soyuqdan əziyyət çəkirdilər.

Qeyd edək ki, bu hadisələrin hər ikisi qlobal istiləşmənin nəticələridir.