İran İsrailə hücum etməzdən əvvəl Rusiyadan nə istəyib? – TƏDARÜK BAŞLADI

0
48

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onları tədarük etməyə başlayıb.

Bu barədə Amerikanın “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazır.

Güman edilir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbəri İran prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə zenit müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib.

İki İran rəsmisi NYT-yə Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.

Bütün bunların İsrailə qarşı planlaşdırılmış hücum fonunda həyata keçirildiyi bildirilir.