Professordan yay ayları üçün ciddi xəbərdarlıq: Bu qidalardan uzaq durun

0
71

Açıqlamaları ilə daim gündəmdə olan sağlam həyat mütəxəssisi, türk professor Canan Karatay yay ayları üçün ciddi xəbərdarlıqlar edib.

O, son açıqlamasında yayda istehlak edilməməsi lazım olan 4 meyvədən danışıb.

Karatay diabet xəstələrinə albalı istehlak edərkən diqqətli olmağı tövsiyə edib. Yüksək şəkər tərkibli bir meyvə olan albalı əvəzinə alça istehlakının daha sağlam alternativ olacağını bildirib.

Karatayın açıqlamasında nektarin də yer alıb. Nektarinlərin geninin dəyişdirildiyini bildirən professor onun əvəzinə şaftalı istehlak edilməsi lazım olduğunu qeyd edib.

Karatay həmçinin qaysının da yüksək şəkər tərkibli qidalar arasında olduğunu deyib. Onun fikrincə, qaysı istehlakı yerinə əriyə üstünlük verilə bilər.

O, eyni zamanda yemiş, qarpız, üzüm və əncirin yüksək sidik turşusu səviyyəsinə səbəb olduğu üçün istehlakına diqqət yetirilməli olduğunu vurğulayıb.

Professor qeyd edib ki, bu 4 meyvəyə təkcə şəkərli diabet xəstələri deyil, sağlam fərdlər də diqqət yetirməlidir.

O, yay aylarında böyürtkən, qara tut, gavalı kimi tünd rəngli meyvələrin istehlak edilməsinin sağlam olacağını açıqlayıb.