HƏYƏCAN TƏBİLİ ÇALINDI: “Zombi dərmanı” Avropanın yeni bəlasına çevrilə bilər

0
77

Avropa İttifaqında (Aİ) fentanil dərmanının populyarlığının artması səbəbindən regionda yeni “qara vəba”nın yaranması ehtimalı var.

Bu sözləri Avropa Parlamentinin İtaliyadan olan üzvü Paolo İnselvini Avropa Komissiyasına müraciətində deyib.

“Zombi dərmanı” kimi də tanınan fentanil Avropanın yeni “qara vəbasına” çevrilə bilər”, – İnselvini bildirib.

O, həmçinin əlavə edib ki, dərman ucuz qiymətə satılır və son zamanlar Avropa İttifaqında getdikcə daha çox əldə edilir və qadağan olunmuş maddənin istifadəsində də artım müşahidə olunur.