Ermənistan orduda “islahat” aparır: Bu ölkələrdən “məsləhət” alır

0
48

Ermənistan silahlı qüvvələrdə aparılan islahatlar çərçivəsində ABŞ və digər ölkələrdən məsləhət alır.

Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan Silahlı Qüvvələrində islahatların bir hissəsi olaraq, Ermənistan Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli ola biləcək məsləhət dəstəyi alıb və alır”, – məlumatda deyilir.

Bundan əvvəl Ermənistan Azərbaycanla bağlı məsləhət almaq üçün ABŞ-a müraciət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.