“Apple” tarixindəki ən nazik “iPhone” – Neçə kamerası olacaq?

0
56

“Apple” qarşıdan gələn iPhone 17 Slim-i yalnız bir kamera və sadələşdirilmiş prosessorla təchiz edəcək.

Bu barədə nüfuzlu analitik Ming-Chi Kuo Medium bloqunda yazıb.

Kuonun sözlərinə görə, “iPhone Plus” iPhone tədarüklərinin cəmi 5-10%-ni təşkil edir, buna görə də “Apple” bu modeldən imtina edərək nazik korpusa malik tamamilə yeni cihaza üstünlük verəcək.

Beləliklə, iPhone 17 Slim 1260×2740 piksel təsvir ölçülü 6,6 düymlük ekran, Apple A19 çipi, iPhone 17 Pro-da isə A19 Pro quraşdırılacaq. O, həmçinin qeyd edib ki, “Dynamic Island”ın kəsik hissəsi indiki modellərdə olduğu kimi qalacaq və qurğunun çərçivəsi titan-alüminium ərintisindən hazırlanacaq.

iPhone 17 Slim “Apple”ın xüsusi 5G çipini və yalnız bir əsas kameranı alacaq. Mənbənin sözlərinə görə, iPhone 17 Slim, adından da göründüyü kimi, şirkətin tarixində ən nazik planşet kimi tanınan ən son iPad Pro kimi olacaq.