TORPAĞI VƏTƏNƏ ÇEVİRƏN ŞƏHİDLƏR

0
121

Qəbələ rayon Savalan kənd Şəhid Mikayıl Əhmədovun anım günü qeyd olundu.
Tədbirdə Savalan kənd əhli, şəhid ailələri, axundlar, yazarlar, təşkilat rəhbərləri iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Çıxış edənlər Şəhidin qəhrəmanlıgından danışdılar.

Əhmədov Mikayıl Hümbət oğlu 24 iyul 1993- cü ildə Qəbələ rayon Savalan kəndində əkiz qardaşı ilə birlikdə dünyaya göz açıb.

2011 – ci ildə hərbi xidmətə yola düşür.
2013- ve ildə hərbi xidməti başa vurub evə qayıdır.

Mikayılın arzusu şəhid olmaq olur, dostlarına deyirmiş ki, o zirvəyə ucala bilmədim.

2020 – ci il Tovuz hadisələri zamanı General Mayor Polad Haşımov və digər əsgərlərin şəhid oldugun eşidəndə deyirdi ki, çox şanslıdırlar.O ada, o zirvəyə hər kəs ucala bilməz.

|| Qarabağ döyüşləri zamanı cəbhədə vuruşan əsgərlər üçün kənddən yardım toplayıb aparar, döyüşə gedən uşaqlara hərbi komissarlıqdan yola salardı. Uşaqları yola salıb gələndə özünü heç yaxşı hiss etmirdi.
Mühibəyə getmək üçün can atırdı.

2020- ci il 5 oktyabr günü səhər radələrində evə zəng vurub, bildirir ki, mən də bu vətən üçün döyüşə gedirəm, vətən dardadlr.

Əvvəlcə Agcəbədi rayonuda oldu. Oktyabrın 21 günü döyüş bölgəsinə yollandı.
Füzuli, Zəngilan ugrunda qəhrəmancasına vuruşub.
Qubadlının alınmasında istirak etmişdi. Şuşanın müdafiəsinə qalxarkən Daşaltıda ,Noyabrin 2- si günü yanındakı üç yoldaşı ilə birlikdə şəhid olur.
Noyabrın 3- ü günün doguldugu boya- başa çatdığı Savalan kənd məzarlığında dəfn olunur

Ölümdən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İgidliyə görə medalı, Vətən uğrunda medalı, Şuşanın ugrunda, Füzulinin ugrunda, Qubadlının ugrunda medalları ilə təltif olunmuşdur.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə.🇦🇿
Cənnətdə doğum gününü mübarək olsun şəhidim🇦🇿

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri