“M çiçəyi” sürətlə yayılır: Yüzlərlə ölüm, minlərlə yoluxma

0
110

Konqo Demokratik Respublikasında “M çiçəyi” (Mpox) epidemiyası sürətlə yayılır.

Hökumət sözçüsü Patrick Muyaya ilin əvvəlindən epidemiya səbəbiylə 450 adamın öldüyünü, 11 min 166 adamda isə “M çiçəyi” aşkarlandığını bildirib.

Epidemiya hər gün artır. Belə ki, epidemiyanın qonşu ölkələrə də yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib.

Afrikanın 2-ci ən böyük ölkəsi olan KDR-in 26 əyalətindən 23-də “M çiçəyi” aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 5-də virusun yeni variantının Konqonun şərq sərhədində sürətlə yayıldığını və onun indiyə qədərki ən təhlükəli variant olduğunu açıqlayıb.

ÜST-dən bildirilib ki, bu epidemiya cinsi yolla və ya yaxın dəri təması ilə ötürülür. Bu vəziyyət də virusun yayılma sürətini və potensial təsirini artırır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox “M çiçəyi” hadisəsi qeydə alınıb.