Bu ölkə açıq şəkildə bəyan etdi: Türkiyə veto qoydu, artıq düşmənimizdir!

0
48

Hindistanda çıxan “The Eurasian Times” qəzeti Türkiyənin müdafiə sənayesi məhsulları ilə bağlı kritik qərar verdiyini yazıb.

Məqalədə qərarın Türkiyə Böyük Millət Məclisində qapalı iclasda qəbul edildiyi bildirilib.

“10 iyul 2024-cü il tarixində Xarici İşlər Komissiyasında keçirilən görüşün protokoluna əsasən, Türkiyənin ən böyük silah satınalma agentliyi olan Müdafiə Sənayesi Prezident İdarəsinin (SSB) sədr müavini Mustafa Murat Şeker hökumətin Hindistanla bağlı siyasətini açıqladı”, – deyə məqalədə qeyd edilib.

Xəbərdə həmçinin Türkiyə-Hindistan əlaqələri təhlil edilib: “Hindistan beynəlxalq məsələlərdə Türkiyəyə qarşı mövqe nümayiş etdirir. Yeni Dehli Egey dənizində Türkiyə və Yunanıstan arasında baş verən münaqişədə ikincinin yanında olduğunu açıq şəkildə bəyan edib”.

Aprel ayında Hindistanda gəmiqayırma layihəsində iştirak edən türk firması ilə müqavilə də ləğv edilib.