Rusiyada qanun sərtləşdirilir: miqrantlar bu sahələrdə işləyə bilməyəcəklər!

0
81

Rusiyanın Tomsk vilayətində miqrantlar üçün taksi, qida və pərakəndə satış sektorlarında iş məhdudlaşdırılıb. 

Belə bir qərarı Tomsk qubernatoru Vladimir Mazur verib.

“Biz əmək miqrantlarının fəaliyyətinin məhdudlaşdırılması üzərində işləyirdik. Qərar birgə, kollegialdır”, – Mazur Teleqram kanalında yazıb.

O qeyd edib ki, bu il noyabrın 1-dən miqrantlar ərzaq istehsalı, pərakəndə ticarət, taksi və ictimai nəqliyyat, işə qəbul, mehmanxana və restoran biznesində işləyə bilməyəcəklər.

Qubernator əmindir ki, bu, regionun iqtisadiyyatının və sosial sferasının kadr potensialını inkişaf etdirəcək.

Əvvəllər Krasnodar diyarının administrasiyası xarici vətəndaşların işə götürülməsinin qadağan olunacağı iqtisadi sahələrin siyahısını genişləndirməyi planlaşdırırdı.

2024-cü ilin sentyabr ayından etibarən digər ölkələrin vətəndaşları Rusiyada kənd təsərrüfatı, istehsalat, mədəniyyət, mehmanxana xidmətləri sahələrində iş tapa bilməyəcək və ya ev yardımı kimi işləyə bilməyəcəklər.