SON DƏQİQƏ: “Qarabağ” Şahruddini geri qaytardı

0
143

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

“Köhlən atlar” ilə 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən millimizin üzvü 2025-ci ilin yayına qədər sabiq komandasında çıxış edəcək.

Məhəmmədəliyev 2016-24-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2024-cü ilin yayında Azərbaycan çempionundan Türkiyə klubuna transfer edilib.

Qeyd edək ki, Şahrudin “köhlən atlar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Məhəmmədəliyev eyni zamanda Azərbaycan milli komandasında 29 oyun keçirib.