Onlar da Türkiyədən qaçmağa başladılar – Səbəb nədir?

0
50

Xəbər verdiyimiz kimi, Türkiyədə hotel qiymətlərinin həddindən artıq artması səbəbidən turistlər başqa ölkələrə üz tutmağa başlayıb. Xüsusən də də ruslar artıq tətil üçün Türkiyə əvəzinə Yunanıstanı seçirlər.

Səlahiyyətlilər bu səbəbdən turizm mərkəzlərinin ötən illə müqayisədə orta hesabla 30 faiz geridə qaldığını bildirirlər.

Antalya, Marmaris, Bodrum, Çeşme və Ayvalık kimi turizm mərkəzlərində xüsusilə personal və kirayə haqqının yüksək olduğuna diqqət çəkilir. Digər tərəfdən, yemək və içkilər bölməsində itkilərin 50 faizi ötdüyü qeyd olunur.

Antalya Turizm Müəssisələri Hotelçilər və Təqaüdçülər Dərnəyinin (ANTOP) sədri Alp Özəl isə şəhər mərkəzindəki hotellərdə böyük bir problem olmadığını və sıxlıq nisbətinin 70 faiz ətrafında olduğunu bildirib. Onun sözlərinə görə, hətta üçulduzlu hotellərdə gündəlik qiymətlər keçən illə müqayisədə daha ucuzdur.

Lakin Türkiyə Turizm Nazirliyinin məlumatlarına baxanda başqa mənzərə görünür. Bildirilir ki, xaricdən gələn turistlərin sayında artım ola bilər, amma yerli turistlərdə 25 faiz azalma var. Xüsusən də Antalya turizminin xərcləri inanılmaz dərəcədə yüksəkdir.

Aralıq dənizi Turistik Hotelçilər və Operatorlar Dərnəyinin (AKTOB) prezidenti Kaan Kaşif Kavaloğlu Rusiya-Ukrayna müharibəsinin davam etməsinin böyük bir dezavantaj olduğunu qeyd edib.

Ayvalık Ticarət Palatası sədri Ali Uçar da turizmdə azalmanın bir neçə səbəbini izah edib: “Türkiyədə əhalinin 8%-i orta və yuxarı seqment tətil edə bilər. Bu o deməkdir ki, təxminən 6,5 milyon insan Egey və Aralıq dənizi hotellərində istirahət edir. Türkiyə xarici müştərilər üçün bahalaşıb. İnflyasiya ilə müqayisədə xərclərin eksponent olaraq artması faktdır və bu, təbii olaraq qiymətlərdə də özünü göstərir. Yunanıstanda qiymətlər Bodrum, Marmaris, Çeşme və İstanbulla müqayisədə ucuzdur. Lakin xidmət bizdəki kimi olmadığı üçün bu belədir”.