Ukraynada müharibə bu tarixdə bitəcək, ardınca Cənubi Qafqaza… – Şok xəbərdarlıq

0
76

Ukraynada hərbi əməliyyatlar maksimum bir ildən sonra başa çatacaq. Əgər respublikaçılar ABŞ seçkilərində qalib gəlsələr, o zaman 2025-ci ilin yanvarında biz bunun şahidi olacağıq.

Bu fikri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili səsləndirib.

İvanişvili Rusiya-Ukrayna müharibəsi bitəndən sonra diqqətin Cənubi Qafqaza yönələcəyini bildirib.

O əlavə edib ki, hərbi əməliyyatlar bitən kimi Tbilisi, Brüssel və Vaşinqton arasında anlaşılmazlıq aradan qalxacaq və Gürcüstan tamam başqa “qlobal siyasətdə oyunçular üçün maraq obyektinə” çevriləcək.

Onun sözlərinə görə, bir ildən sonra Gürcüstanla bağlı qlobal və regional maraqlar, planlar əsaslı şəkildə dəyişə bilər.

ABŞ-da respublikaçılar hesab edirlər ki, keçmiş prezident Donald Tramp yenidən seçiləcəyi təqdirdə Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə danışıqlara başlaya bilər. Üstəlik, o, heç bir vasitəçi olmadan Vladimir Putinlə dialoqa girməyə hazır olacaq.