Stress xərçənglə yanaşı bu xəstəliyə də səbəb olur

0
76

Mütəxəssislərin fikrincə, stress xərçəngə tutulma riskindən daha çox ürək və qan damarları üçün təhlükə yaradır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd edilib ki, son illərdə stress və xərçəng arasında əlaqənin tapılmasına yönəlmiş araşdırmaların sayı xeyli artıb. Bəzi araşdırmalar göstərir ki, boğaz, qırtlaq, burun, dil, sinuslar və mədəaltı vəzi xərçəngi olan insanlar diaqnoz qoyulmazdan beş il (və ya daha az) əvvəl stresli hadisələrlə qarşılaşırlar.

Xərçəng tədqiqatçısı Andrea Lynn Roberts bildirib ki, stresli hadisələr əslində ciddi sağlamlıq problemlərinin yaranma ehtimalını artırır. Ancaq emosional stress nəticəsində ürək xəstəliyinin inkişaf riski xərçəngdən qat-qat yüksəkdir.

Onkoloq Anil Soodun fikrincə, xroniki stress immun sistemini poza bilər ki, bu da şiş hüceyrələrini tanımaq və məhv etmək qabiliyyətinin zəifləməsinə səbəb olur. Həkim əlavə edib ki, zəiflədən emosional stress dolayı yolla xərçəngə tutulma riskini artırır, həzm problemləri, diabet və ürək xəstəliklərinə səbəb olur.