Bu çimərliklərlə bağlı XƏBƏRDARLIQ: Hepatit A virusu riski yaradır

0
36

Natəmiz hovuzlar Hepatit A virusu riski yaradır.

Mövzu ilə bağlı Medicana Ataköy Xəstəxanası daxili xəstəliklər şöbəsinin əməkdaşı, professor Həsən Hacıosman açıqlama verib.

Professor Hepatit A virusunun gigiyena qaydalarına riayət olunmayan hovuzlardan keçdiyini bildirib və təmizliyə diqqət yetirilməsi ilə bağlı xəbərdarlıq edib. O, açıqlamasında gigiyenik olmayan hovuzlardan keçən xəstəliklərlə bağlı məlumat verib: ““Kripto” adlı mikroblar uzun müddət hovuzlarda yaşaya bilir və ishala səbəb olur. İshala səbəb olan rotavirus hovuzlardan da keçə bilər. Gigiyenik olmayan hovuzların yaratdığı digər xəstəlik sidik yolları infeksiyasıdır. Bu xəstəliyə ən çox qadınlarda rast gəlinir. Düzgün təmizlənməyən hovuzlar qadınlarda müxtəlif xəstəliklərə – vəba, göbələk infeksiyaları, həmçinin göz qıcıqlanması və konyunktivit, xarici qulaq kanalı infeksiyasına səbəb ola bilər”.

H.Hacıosman bildirib ki, düzgün təmizlənməyən hovuz suyu sağlamlıqla bağlı ciddi problemlər yaradır: “Xüsusilə, yay aylarında müntəzəm istifadə edilən hovuzlara diqqət yetirilməlidir. Hovuzun fiziki və kimyəvi təmizlənməsi vaxtaşırı edilməlidir. Kifayət qədər xlorlanmayan və dövriyyəsində problem olan hovuzlara girilməməlidir. Bədənimizin gigiyenasına diqqət yetirməliyik və hamı çimməzdən əvvəl duş almalıdır. Üzgüçülük papağı üzgüçülük zamanı geyinilməlidir. Mümkün risklərdən qaçınmaq üçün böyüklər və uşaqlar üçün ayrı hovuzlara üstünlük verilməlidir. Yoxlamalar daha tez-tez aparılarsa, hovuzdan keçən infeksiyalar nəzarət altına alına bilər. Hovuzlardan keçən xəstəliklər qalıcı zərər verməsə də, bəzən uzun müddətli müalicələrə ehtiyac olur. Hepatit A kimi viruslar peyvənd olunmamış uşaqlara daha çox ötürülür, bəzən gedişi ağır olur və qaraciyər çatışmazlığı ilə nəticələnə bilər. Virus uşaqların həyatı üçün təhlükə mənbəyinə çevrilə bilər”.

Professor hovuzlardan keçən virusların bütün yaş qruplarına təsir etsə də, daha çox immuniteti zəif olan insanlara (xərçəng xəstələri, revmatizm, xroniki xəstəlikləri olanlar), qocalar və uşaqlara təsir etdiyini bildirib və onlara tövsiyələr verib.