Günəş aktivliyinin pik həddi nə vaxt gözlənilir?

0
56

Cari 11 illik dövrədə Günəş aktivliyinin pik nöqtəsi 2024 və ya 2025-ci ildə gözlənilir.

Bu barədə “Roshidromet”in açıqladığı 2023-cü il üçün Rusiyada ətraf mühitin vəziyyəti və çirklənməsinin icmalında deyilir.

Bildirilir ki, əslində, 25-ci Günəş dövrü ardıcıl 35 aydan çoxdur ki, rəsmi proqnozları üstələyir. X-şüalarının, geomaqnit qasırğalarının sayı və intensivliyi həddindən artıq yüksəkdir.

2023-cü ildə Heliogeofizika Xidməti əlverişsiz və təhlükəli heliogeofiziki şəraitlə bağlı 954 xəbərdarlıq edib ki, bu da 2022-ci illə müqayisədə 1,7 dəfə çoxdur.