Bir sıra ölkələrdən Ermənistana TƏLƏB: Peyklərinizi Yerə qaytarın!

0
93

Bir sıra ölkələr Ermənistandan digər kosmik gəmilərin fəaliyyətinə mane olan peyklərini Yerə qaytarmağı tələb ediblər.

Bu barədə “Joqovurd” qəzeti yazıb.

Məlumata görə, “Hayasat-1” və “Armsat-1” peyklərinin orbitə çıxarılması qeyri-peşəkar olduğu üçün xarici hökumətlər Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ediblər. Qəzet qeyd edir ki, ölkənin yüksək texnoloji sənaye nazirinin müavini Avet Poqosyan bu vəziyyətə görə tutduğu vəzifədən istefa verib.

“ “Hayasat” yalnız kosmik sektorda işləmək üçün müvafiq lisenziya aldığı üçün dövlətə aid olan özəl layihədir. “Armsat” normal və problemsiz işləməyə davam edir. Ümumiyyətlə, məni işdən azad etməyiblər, xüsusən də ciddi səbəblərə görə”, Poqosyan etiraz edib.