Çindən gözlənilməz Türkiyə qərarı: hazırlıqlar başladı

0
70

Çinin ən böyük avtomobil istehsalçılarından “Shineray Group”-a daxil olan “SVM Motor” Türkiyəyə sərmayə qoymağa hazırlaşır.

bu barədə şirkətin Türkiyə təmsilçisi “ATMO Group”-dan açıqlama verilib.

Şirkət Türkiyəni qlobal böyümə strategiyasının mərkəzlərindən biri olaraq təyin edib. Bildirilib ki, onlar illik istehsal gücü 50 min ədəddən çox olan obyekt üzərində işləyirlər.

“SVM Motor” son zamanlarda Türkiyə bazarına daxil olub və “G01”, “G01F”, “G03F”, “X30L EV” modelləri ilə türk istehlakçılarının qarşısına çıxıb.

Mövzu ilə bağlı “ATMO Group”-un İcraçı Direktoru Anton Çernov Türkiyədə bu markaya böyük marağın olduğunu bildirib: “Şirkət olaraq biz Türkiyədə sərmayə yatırmaqda və daha çox layihə inkişaf etdirməkdə maraqlıyıq. Türkiyədə işçilərimizin sayı keçən illə müqayisədə iki dəfə artıb. Gəlirlərimiz hər il artır və uzunmüddətli inkişaf planımız var”.