Ukraynaya raket hücumu: 20 ölü, 50-ə yaxın yaralı

0
50

Ukrayna ərazisində Rusiyanın kütləvi hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko özünün “Telegram” kanalında məlumat verib.

“Hazırda Kiyevə hücum nəticəsində yeddi nəfərin öldüyü, 25 nəfərin yaralandığı məlumdur. Ərazidəki xidmətlərimiz insanları dağıntılar altından xilas üçün hər şeyi edirlər. Rusiya ordusu Dnepr, Krivoy Roq və Donetsk vilayətinə də hücum ediblər. Ümumilikdə, Ukraynaya səhər hücumu nəticəsində 20-yə yaxın adam ölüb, 50-yə yaxın adam yaralanıb”, – deyə qurumdan vurğulanıb.

Rusiya silahlı qüvvələri bu gün paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Facebook” səhifəsində məlumat verib.

Qeyd olunur ki, Rusiyanın hücumu nəticəsində yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

Ukrayna mətbuatı raket hücumları nəticəsində azı 15 nəfərin həlak olduğunu bildirir.