İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?

0
77

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani deyib ki, ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb. İran səfrinin bu açıqlamasında Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürü görünür.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz açıqlama verib.

O qeyd edib ki, İran səfirinin bu tipli açıqlama verməsinin səbəbi var:

“Təbii ki, İran səfiri bunu deyəndə 28 il Ermənistana hər cür silah, siyasi və hərbi dəstək verdiyini nəzərdə tutur. Onların verdikləri dəstəklə çox sayda Azərbaycan əsgəri şəhid oldu. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları işğal olundu. İkinci Qarabağ müharibəsi zamanı Ermənistana bütün silah-sursatlar, maddi-texniki təchizat avadanlıqları İran üzərindən gedirdi. İran səfiri bu tip açıqlaması İsrail-İran münasibətləri ilə Azərbaycan-İsrail müttəfiqliyini vurğulamağa çalışır. Bu vurğulamada yeni bir səmimiyyətsizlik, hiyləgərlik edir.

Bütün bunları qəbul etmək olmaz. Hələ də İran böyük rəsmi görməkdə çətinlik çəkir. İstənilən ölkə istədiyi ölkə ilə əməkdaşlıq edə bilər. Bu iş birliyi başqa bir ölkəyə qarşı istifadə olunmadığı təqdirdə heç bir problem yoxdur. Azərbaycanla İsrail arasındakı münasibətlər yaxşıdır. Azərbaycanla İran arasındakı münasibətlərə gəldikdə isə Azərbaycan burada tam şəffaf şəkildə fəaliyyət həyata keçirir. İsrail-İran münasibətlərində Azərbaycanı günahlandırmaqdan söhbət gedə bilməz”.