ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

0
107

Son ölçmələr göstərir ki, dünyanın 90 faizi havanın çirklənməsi üzrə ÜST standartlara cavab vermir.

İsveçrənin “IQAir” şirkətinin tərtib etdiyi havanın keyfiyyətinə dair məlumatlara əsasən, hazırda 134 ölkə və ərazidən yalnız 10-u Ümumdünya Səhiyyə Təşkilatının havanın çirklənməsi standartlarına cavab verir.

Ölçmələr incə hissəciklərin daxil olduğu PM2.5 səviyyəsini göstərir. Ölçüsü 2,5 mikrometrdən kiçik olan və qan dövranına daxil olaraq ölümcül xəstəliklərə səbəb olan bu kiçik bərk hissəciklərin ölçülməsi kifayət deyil.

Hesabatı qiymətləndirən İstanbul Texniki Universiteti (İTU) Meteorologiya Bölümündən Prof. Dr. Səlahəddin İncecik PM2.5 təhlükəsinə diqqət çəkib:

“ÜST yalnız PM2.5 səviyyəsinə görə hər il təxminən 7 milyon insanın vaxtından əvvəl öldüyünü açıqlayır. PM2.5 mənbələrinə nəzər saldıqda, nəqliyyat emissiyalarının böyük rol oynadığını görürük. Bundan əlavə, sənayenin yaratdığı artım da var. Problemi xüsusilə dizel avtomobillər böyüdür. Bir çox Avropa İttifaqı ölkələrində böyük şəhərlərin paytaxtlarında və ziyarət edilən yerlərində elektriklə işləyən avtomobillərdən başqa nəqliyyat vasitələrinin istifadəsinə icazə verilmir. Hər ölkədə bu cür addımlar atılmalıdır”.