Mirzoyandan NİKBİN AÇIQLAMA: “Xalqımızın sülhə ehtiyacı var”

0
113

“Ermənistanın Azərbaycanla uzunmüddətli sülh sazişi bağlamaq imkanı var” . 

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib .

“İnanıram ki, xalqımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi bizim xalqlarımız da sülhə layiqdir və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik. İndi bizim həqiqətən də sülhə nail olmaq imkanımız var”, – Mirzoyan bildirib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, indiyədək azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüşlər hələ müəyyənləşməyib, lakin tərəflər daimi təmasda olmaqda davam edirlər.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan sərhədində iki ölkənin delimitasiya komissiyalarının iclası keçirilib.