İran və Fransanın Ermənistanda Azərbaycana qarşı ortaq planı – DETALLAR

0
104

Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistanda İranla birlikdə Azərbaycana qarşı planlar qurduqlarını etiraf edib. Səfir qeyd edib ki, “İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanın müdafiəsi razılaşdığımız məsələdir”.

Tehran və Parisin İrəvanı qoruduğu, Bakıya qarşı ortaq məxrəcdən çıxış etdiyi sirr deyildi, fransız səfir bunu etiraf edib.

– 44 günlük müharibədə Azərbaycan ordusunun dayandırılması məqsədilə paralel şəkildə işləyirdilər;

– 2023-cü ilin 20 sentyabrına qədər Qarabağdakı separatçıları hər iki ölkə dəstəkləyirdi;

– Ermənistan sərhədinin qorunması və Zəngəzur dəhliz layihəsində eyni mövqedən çıxış edirlər;

İstisna deyil ki, Tehran və Paris Ermənistanın müdafiəsi məqsədilə müxtəlif kanallarla qapalı təmaslar da qurur və addımlarını koordinasiya edir. İndiyə qədər baş verənlər də bu ehtimalı gücləndirir. Azərbaycanı “bölgəyə xarici qüvvələr gətirməkdə” ittiham edən İranın Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda hərbi mövqelər əldə etməsinə susması da bundan qaynaqlanır. Son dövrlər Tehranın “regiona xarici oyunçuların gətirilməsi” məsələsində reallığı gördüyünə dair məlumatlar var. Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edən İran prezidenti İbrahim Rəisi bu barədə xəbərdarlıq etmişdi. Lakin bu, İran və Fransanın Ermənistanla bağlı ortaq möqveyinin dəyişməsi demək deyil.

Birincisi, Tehran Fransa qüvvələrinin Ermənistanda yerləşməsinə qarşı praktiki addım atmayıb, əksinə, Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edərək, İrəvana dəstək məqsədilə Zəngəzurda hərbi baza yaratmaq planları qurur;

İkincisi, Fransanın lobbiçiliyi ilə Hindistandan Ermənistana silahların İran üzərindən daşınmasına şərait yaradır;

Ermənistanın müdafiə naziri Suren Papikyanın bu gün İrana səfəri də bu ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb.