Paşinyan Xamneyinin müşaviri ilə görüşdü: Nəyi müzakirə ediblər?

0
118

Ermənistanın baş naziri Nikol Paşinyan və İranın ali lideri Əli Xamneyinin müşaviri, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi regiondakı vəziyyəti müzakirə ediblər.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Paşinyan qeyd edib ki, o, İran prezidenti ilə ölkələr arasında ticarət həcminin artırılması üçün ardıcıl addımlar atmağa razıdır.

Tərəflər müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, enerji, infrastruktur sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsindən danışıblar.

Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Ermənistanın bu mövzuda əsas yanaşmalarını qeyd edib.

Paşinyan həmçinin İranın regionda kommunikasiyaların açılması məsələsində mövqeyinin, eləcə də Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinin vacibliyini qeyd edib.

Bundan əvvəl müşavir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb .