Alma sirkəsi arıqladır, yoxsa sadəcə rəvayətdir?

0
159

Alma sirkəsinin arıqlatmağa dair təsiri elmi cəhətdən sübut olunmayıb.

Bu barədə diyetoloq Liza Afinskaya teleqram kanalında yazıb.

O, elmi dərəcəsi olan mütəxəssis kimi öz postlarında tez-tez elmi araşdırmalara istinad etdiyini vurğulayıb. Və bu vəziyyətdə, insanlar üzərində aparılan yalnız bir tədqiqat var. 2009-cu ildə köklükdən əziyyət çəkən yaponların iştirakı ilə tədqiqat aparılıb. İştirakçılar fermentləşdirilməmiş adi alma sirkəsi içiblər.

Üç ay ərzində onlar cəmi bir kiloqram arıqlaya biliblər. Mütəxəssis vurğulayıb ki, bu, obez insanlar üçün kifayət deyil. Amma düzgün arıqlama sayəsində belə insanlar artıq çəkisini daha tez itirirlər. Ekspertin sözlərinə görə, araşdırmanın nəticələri suallar yaradır.

“İştirakçıların necə seçildiyi, nəticələrin təhlili, tədqiqata sponsorluq edilib-edilməməsi və sair kimi suallar da var. Biz bunu qərəzlər adlandırırıq. Xatırladıram ki, üç ayda bir kiloqram arıqlamaq obez insanlar üçün klinik baxımdan əhəmiyyətsizdir. Onu da qeyd edim ki, biz sadəcə bir araşdırmaya əsaslanaraq nəticə çıxarmırıq”, – Afinskaya yazıb.

Yekun olara qekspert arıqlayarkən yeməyin keyfiyyətinə diqqət yetirməyi tövsiyə edib.. Və alma suyu sirkəsi ilə diqqətli olun, çünki diş minasına zərər verə bilərsiniz.