ŞOK: Berlin İrəvana pul təklif etdi – Rusiya ilə müharibəyə gir, Qarabağ ermənilərini…

0
134

Almaniya Rusiya sərhədçilərinin tez bir zamanda ölkədən çıxarılması və bir sıra digər anti-Rusiya addımları müqabilində Ermənistana maliyyə dəstəyi təklif edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Mənbənin sözlərinə görə, Almaniya erməni tərəfini Qərbin anti-Rusiya siyasətinə sürükləmək və İrəvanla Moskva arasında mümkün qədər çat yaratmaq niyyətindədir.

“Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkənin hakimiyyət orqanlarının Rusiyaya dostluq edən şəxslərdən təmizlənməsində maraqlıdır”, – məlumatlı mənbə deyib.

Qeyd olunur ki, bunun müqabilində Berlin İrəvana lazımi vəsaiti verəcəyini vəd edir. Bundan başqa, almanlar Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq istəyən Nikol Paşinyana dəstək verməyi planlaşdırır.