Paşinyan ermənilərə müraciət etdi: Regiondakı qonşularımızla…

0
140

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa Yeni il müraciəti edib.

Paşinyan müraciətində Ermənistanın dövlət marağının qonşularla münasibətlərin tənzimlənməsi olduğunu bildirib.

“Mən son illərdə yaşadığınız ağrılara görə hər birinizdən üzr istəmək istəyirəm.

Sizdən əvvəl hər hansı bir cinayət törətdiyim üçün və ya bir anlıq olsa da sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm.

Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz. Mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm. Bundan sonra da dövlət naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm”.