Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.
Bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
“Şuşa şəhərindəki otellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən otellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.