Putinin xüsusi nümayəndəsi Bakıda – Nələr müzakirə edildi?

0
106

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.