Qarabağ Xronikası: Ermənilərin sülh hiyləsi – VİDEO

0
142

Baku TV-nin “Qarabağ xronikası” verilişinin 127-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “İrəvan və Bakı qoşunların dövlətlərarası sərhəddən çıxarılması imkanlarını qarşılıqlı əsasda müzakirə edir” bəyanatı ilə çıxışına münasibət bildirib.

O qeyd edib ki, bu bəyanat bir çox məqamların üstünü açır:

“İlk növbədə, Ermənistanın münasibətlərin normallaşması prosesini daha da mürəkkəbləşdirmək və bu işə kənar qüvvələri cəlb etmək niyyətində olduğundan xəbər verir”. F.İsazadə vurğulayıb ki, istər 20-ci əsrin əvvəllərində, istərsə də sonunda erməni yaraqlıları Azərbaycanın sülhlə bağlı addımlarından mahircəsinə öz xeyrinə istifadə ediblər:

“Onlar Azərbaycan torpaqlarını işğal edib, mülki əhaliyə qarşı isə cinayətlər və etnik təmizləmələr həyata keçiriblər. Gəlinən nəticə odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yenə də oxşar tələyə salmaq istəyir. Lakin bu dəfə alınmayacaq. Biz tariximizi unutmamışıq, sərhədlərimizin hansı ərazidən keçdiyini və keçəcəyini yaxşı bilirik. Sərhədlərimizin kim tərəfindən qorunacağını da özümüz müəyyən edirik”.

Ətraflı süjetdə: