Qarabağ Azərbaycandır – Ermənistan prezidenti revanşistləri susdurdu

0
175

Ermənistan prezidenti Vaaqn Xaçaturyan separatçıların qondarma qurumlarının İrəvanda fəaliyyət göstərməsi haqda sual verən erməni jurnalistləri susdurub.

Xaçaturyan separatçıların qondarma qurumlarına ehtiyac olmadığını bildirib.

“Artsax”ın qurumları fəaliyyət göstərərsə, nə edə bilərlər? Ermənistan Respublikası var, dövlət qurumları fəaliyyət göstərir. Onlar hansı funaksiyanı yerinə yetirəcəklər?”, – o deyib.

Daha sonra o, “Qarabağ erməniləri Ermənistanın onların torpağını düşmənə verdiyini düşünür” deyənlərə cavab verib: “Ermənistan belə bir şey etməyib. 1991-ci ildə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.