Sentyabrın 30-da Xocalı, Ağdərə rayonlarına və Cəbrayılın Şükürbəyli kəndinə köç həyata keçirilib, mənzillərin açarları sakinlərə təqdim edilib.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə 16 ailə – 55 nəfər köçürülüb.



