Əqli sağlamlıq və sevgi münasibətləri “sağlamlığın açarıdır”

0
232

Əqli sağlamlıq və həyatında sevgilinin olması insanları, yüksək gəlirdən daha çox xoşbəxt edir, yeni təhqiqatlar göstərir.

London School of Economics universiteti müxtəlif faktorların insan xoşbəxtliyinə necə təsir etməsi barədə suallara 200.000 adamın verdiyi cavabları araşdırıb.

Tədqiqatdan məlum olub ki, insanlara ən böyük zərbəni depressiya və ya təşviş vurur. Sevgi münasibətləri isə, onların xoşbəxt olmasında əsas rol oynayır.

Tədqiqat dünya boyunca bir neçə beynəlxalq sorğuya əsasılanıb.

10 ballıq şkala üzrə, birinin maaşının artması onun xoşbəxtliyinin cəmi 0.2 bal artdığını göstərib. Sevglisi olanların cavablarında isə xoşbəxtlik 0.6 bala yüksəlib. Ayrılıq və partnyorun ölümü xoşbəxtliyin təsirinin yenidən aşağı düşdüyünü göstərib. 

Depressiya və təşviş halları isə xoşbəxtliyin şkala üzrə 0.7 bal aşağı düşdüyünü göstərib. 

Araşdırmanın həm-müəllifi Professor Richard Layard deyib ki, araşdırma dövlətlərin vətəndaşların xoşbəxtliyində yeni rol oynamasının vacibliyini göstərib. Belə ki, dövlət zənginlik yaradılmasından daha çox, xoşbəxtlik yaradılmasına diqqət verməlidir.