Ukraynada vəziyyət yaxşı deyil, qətiyyətli olmalıyıq

0
224

Ukraynada vəziyyət yaxşı getmir.

Bunu Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritis deyib.

“Vəziyyət olduğu kimi qalır və həqiqət budur ki, heç də yaxşı getmir. Artıq il yarımdır ki, mübarizə aparılır. Dəhşətli vəziyyətdir. Məncə, köməklik baxımından mümkün qədər qətiyyətli olmağa çalışmalıyıq. Biz bütün çətin anlarda qətiyyətlə Ukraynanın tərəfində olmuşuq. Amma həqiqət budur ki, biz öz hərəkətlərimizi Ukraynanın xeyrinə koordinasiya etməyə davam etməliyik”, – nazir qeyd edib.