Samuxda azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşüb.
Hadisə rayonun Sərkər kəndində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.