ÇİNGİZ ABDULLAYEV HAQQINDA KİTAB NƏŞR OLUNUB

0
234

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub. Kitab tərtibçilər tərəfindən Xalq yazıçısı Çingiz Abdullayevə təqdim olunub. “Yazarlar” jurnalının kollektivi adından Xalq yazıçısı Çingiz Abdullayevlə görüşən jurnalın baş redaktoru Zaur Ustac və texniki redaktor Tuncay Şəhrili gələcəkdə nəsr sahəsində fərqlənən yazarlara təqdim olunacaq “Çingiz Abdullayev” mükafatının təqdimat formasını müəyyən ediblər. Xalq yazıçısı Çingiz Abdullayev Tuncay Şəhriliyə Azərbaycan dilində imzalı “Mavi mələklər” kitabını hədiyyə edib.